Yuxarı

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşüb, sürücü ölüb - FOTO - YENİLƏNİB

Bakıda “Coca-Cola”nın maşını qəzaya düşüb, sürücü ölüb - FOTO - YENİLƏNİB
Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır

*** ilk xəbər martın 10-da saat 17:24-də yayımlanıb

Bakı. 11 mart. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən qəza baş verib.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsində 1982-ci il təvəllüdlü Aydın Kosayevin idarə etdiyi "Coca-Cola" şirkətinə məxsus "İsuzu" markalı kiçik tutumlu yük avtomobili mişar daşı daşıyan yük avtomobilinə çırpılıb. Nəticədə sürücü kabinada sıxılaraq ölüb.

Faktla bağlı Dövlət Yol Polis İdarəsinin Xəzər rayon Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi