Bakıda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb

Bakıda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqqliyyat hadisəsi olub.
Hadisə
18 Yanvar , 2018 02:03
Bakıda avtomobil dərəyə aşıb, sürücü xəsarət alıb
Report

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Günəşli qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Əhmədov Nicat Kərim oğlu idarə etdiyi “Lada Priora” markalı avtomobillə yüksək sürətlə hərəkət edən zaman maşın idaəetmədən çıxıb. Nəticədə avtomobil yuvarlanaraq dərəyə aşıb. Qəza zamanı sürücü N.Əhmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi