Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Sentyabr , 2021 19:58
Bakıda avtomobil beton dirəyə çırpılıb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində 1977-ci il təvəllüdlü sürücü Amonov Anar Akif oğlu avtomobilə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton dirəyə çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki topuğun yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi