Yuxarı

Bakıda avtomobil aşıb: bir ölü, bir yaralı

Cinayət işi başlanıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Hövsan qəsəbəsi ərazisində 27 yaşlı İlham Düstarxanov “Ford Transit” markalı avtomobilin idarəetməsini itirərək aşıb.

Nəticədə İ.Dustarxanov hadisə yerində dünyasını dəyişib. Onun sərnişini 17 yaşlı Qara Osmanov isə bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi