Bakıda avtomobil ana və 2 yaşlı qızını vurub

Bakıda avtomobil ana və 2 yaşlı qızını vurub Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib.
Hadisə
5 sentyabr 2022 23:38
Bakıda avtomobil ana və 2 yaşlı qızını vurub

Bakıda avtomobil ana və qızını vuraraq xəsarət yetirib.

"Report" un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

"Xalqlar dostluğu" metrostansiyasının yaxınlığında 1989-cu il təvəllüdlü Süleymanova Roza Abbas qızı və qızı 2020-ci il təvəllüdlü Süleymanova Mələk Elşad qızı yolu keçərkən avtomobil onları vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı R.Süleymanovaya açıq kəllə-beyin travması, M.Süleymanovaya isə qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi