Bakıda avtomobil ahıl qadını vurdu

Bakıda avtomobil ahıl qadını vurdu Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
12 İyun , 2020 23:02
Bakıda avtomobil ahıl qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Qaraçuxur qəsəbəsində 1948-ci il təvəllüdlü Məmmədova Asya Gülhüseyn qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldırın yerdəyişməsi sınığı və sol saidin sınığı diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi