Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən uzaqlaşıb

Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən uzaqlaşıb Sürücü məsuliyyətdən yayınmaq üçün hadisə yerindən uzaqlaşıb
Hadisə
7 Noyabr , 2017 05:17
Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən uzaqlaşıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda avtomobil ahıl qadını vuraraq hadisə yerindən uzaqlaşıb.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yasamal rayonunda baş verib.

Belə ki, metronun "20 Yanvar" stansiyasının yaxınlığında, "Azərsu" ASC-nin qarşısında yolun digər tərəfinə keçmək istəyən 1949-cu il təvəllüdlü Səmədova Fəridə Sərvər qızını minik avtomobili vurub. Hadisəni törədən sürücü məsuliyyətdən yayınmaq üçün avtomobili ilə birgə hadisə yerindən uzaqlaşıb. 

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları sürücünün axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi