Bakıda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib
Hadisə
7 noyabr 2017 02:11
Bakıda avtomobil ahıl kişini vuraraq ağır xəsarət yetirib
Foto: Report.az

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakıda ahıl kişini avtomobil vuraraq ağır xəsarət yetirib.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda baş verib.

Belə ki, Məhəmmədi qəsəbəsində 63 yaşlı Ağalarov Etibar Mahmud oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi