Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb

Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb
Hadisə
4 Oktyabr , 2017 03:21
Bakıda avtomobil ahıl kişini vuraraq öldürüb
Report.az

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil 65-70 yaşlı kişini vurub.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda baş verib.

Belə ki, Günəşli qəsəbəsi, "V" yaşayış massivində sürücüsü hələlik müəyyənləşdirilməmiş avtomobil naməlum piyadanı vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib. 

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Qeyd edək ki, zərərçəkən hadisə zamanı tanınmaz hala düşüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi