Bakıda avtomobil 7 yaşlı uşağı vurub

Bakıda avtomobil 7 yaşlı uşağı vurub Murad Cəfərovun vəziyyəti ağırdır
Hadisə
12 Avqust , 2017 06:03
Bakıda avtomobil 7 yaşlı uşağı vurub

Bakı. 12 avqust. REPORT.AZ/ Bakıda avtomobil 7 yaşlı uşağı vurub.

"Report" xəbər verir ki, hadisə Sabunçu-Maştağa-Kürdəxanı yolunun Pirşağı qəsəbəsindən keçən hissəsində baş verib.

Belə ki, şəxsiyyəti hələlik məlum olmayan qadın sürücü idarə etdiyi nəqliyyat vasitəsilə 2010-cu il təvəllüdlü Cəfərov Murad Vüqar oğlunu vurub. Nəticədə o, ağır xəsarət alıb.

Sürücü dərhal yaralını idarə etdiyi nəqliyyat vasitəsilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb və xəstəxanadan uzaqlaşıb. Xəstəxanadan verilən məlumata görə, Murad Cəfərovun vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi