Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil 60 yaşlı kişini və 4 yaşlı uşağı vurub

    Yaralılar xəstəxanaya yerləşdirilib

    Bakı. 30 yanvar. REPORT.AZ/ Bakıda avtomobil iki piyadanı vurub.

    “Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Hüseyn Cavid prospekti 112 ünvanının qarşısında qeydə alınıb.

    Belə ki, 24 yaşlı Şamxal Kərimli idarə etdiyi “İsuzu” markalı avtomobillə 2012-ci il təvəllüdlü Əmir Dadaşovu və 1957-ci il təvəllüdlü Faiq Kərimlini vurub.

    Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi