Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Əbu Bəkr məscidinin yaxınlığında 1963-cü il təvəllüdlü Adıgözəlova İradə Əlirza qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona müştərək və qarnın küt travması diaqnozları qoyulub.