Bakıda avtomobil 57 yaşlı qadını vuraraq xəsarət yetirib

Bakıda avtomobil 57 yaşlı qadını vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2 noyabr 2019 18:20
Bakıda avtomobil 57 yaşlı qadını vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonuna qeydə alınıb.

"Nissan Sunny" markalı avtomobil "8-ci Kilometr Bazarı"nın qarşısında yolu keçən 1962-ci il təvəllüdlü Yadigarova Zeynəb Əlisgəndər qızını vurub. Yaralı təcili yardımın köməyi ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona kəllə-beyn travması və alnın əzilmiş yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi