Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda avtomobil 55 yaşlı qadını vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
221
15 Mart , 2021 06:54
Bakıda avtomobil 55 yaşlı qadını vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü Qurbanova Xumar İsmayıl qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol qolun və sağ ayağın sınıqları diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi