Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserinin qarşısında qeydə alınıb.
Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.