Paytaxtın Nizami rayonunda avtomobil 40 yaşlı piyadanı vurub

Paytaxtın Nizami rayonunda avtomobil 40 yaşlı piyadanı vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Yanvar , 2020 21:23
Paytaxtın Nizami rayonunda avtomobil 40 yaşlı piyadanı vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 1980-ci il təvəllüdlü Mirzəyev Alim Adil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın əziyi, sağ döş qəfəsinin travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi