Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil 40-45 yaşlı kişini vuraraq öldürüb

    Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır© Courtesy İmage

    Bakı. 2 may. REPORT.AZ/ Bakıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.

    Belə ki, təxminən 40-45 yaşlı naməlum kişi minik avtomobili tərəfindən vurulub. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.

    Piyadanı vurmuş avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

    Hazırda meyitin şəxsiyyəti araşdırılır. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.


    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi