Bakıda avtomobil 39 yaşlı qadını vurub

Bakıda avtomobil 39 yaşlı qadını vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
4 yanvar 2020 18:25
Bakıda avtomobil 39 yaşlı qadını vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1981-ci il təvəllüdlü İsmayılova Cəmilə Tariyel qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ diz oynağının əziyi diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi