Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Xətai rayonunda, Nobel prospektində qeydə alınıb.
Belə ki, avtomobil 39 yaşlı Gülnarə Miriyevanı vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və ona bud-çanaq travması diaqnozu qoyulub.