Paytaxtda avtomobil 38 yaşlı qadını vurub

Paytaxtda avtomobil 38 yaşlı qadını vurub Kəmalə Məcidova xəstəxanaya yerləşdirilib
Hadisə
13 May , 2017 07:30
Paytaxtda avtomobil 38 yaşlı qadını vurub

Bakı. 13 may. REPORT.AZ/ Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Maştağa qəsəbəsində, "Araz" marketin qarşısından yolu keçmək istəyən 38 yaşlı Məcidova Kəmalə Rasim qızını avtomobil vurub. Hadisəni törətmiş sürücü xəsarət almış qadını xəstəxanaya aparıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi