Xətai rayonunda avtomobil 33 yaşlı kişini vuraraq xəsarət yetirib

Xətai rayonunda avtomobil 33 yaşlı kişini vuraraq xəsarət yetirib Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
28 Oktyabr , 2019 00:38
Xətai rayonunda avtomobil 33 yaşlı kişini vuraraq xəsarət yetirib

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən piyada, 1986-cı il təvəllüdlü Rüstəmli Fərid Aydın oğlunu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı və bədənin müxtəlif dərəcəli travması diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi