Bakıda avtomobil 31 yaşlı piyadanı vurub

Bakıda avtomobil 31 yaşlı piyadanı vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Yanvar , 2020 23:34
Bakıda avtomobil 31 yaşlı piyadanı vurub
Foto: "Report"

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Ağa Nemətulla küçəsində 31 yaşlı Hacıyev Orxan Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi