Bakıda avtomobil ana və azyaşlı övladlarını vurub, uşaqlardan biri ölüb

Bakıda avtomobil ana və azyaşlı övladlarını vurub, uşaqlardan biri ölüb Bakıda avtomobil 30 yaşlı qadını vurub.
Hadisə
23 Yanvar , 2022 01:25
Bakıda avtomobil ana və azyaşlı övladlarını vurub, uşaqlardan biri ölüb

Bakıda avtomobil ana və övladlarını vurub, uşaqlardan biri ölüb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını, onun azyaşlı övladları - 2015-ci il təvəllüdlü Əliyev Əli Zaman oğlunu və 2017-ci il təvəllüdlü Əliyev Fərid Zaman oğlunu vurub. Hadisə zamanı 7 yaşlı Əli Əliyev dünyasını dəyişib. Bahar Əliyeva və Fərid Əliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

F.Əliyevin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

23:36

Bakıda avtomobil 30 yaşlı qadını vurub.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1992-ci il təvəllüdlü Əliyeva Bahar Fəxrəddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi