Bakıda avtomobil 26 yaşlı gənci vurub - FOTO

Bakıda avtomobil 26 yaşlı gənci vurub - FOTO Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
16 May , 2019 00:16
Bakıda avtomobil 26 yaşlı gənci vurub - FOTO

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report xəbər verir ki, hadisə Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən "Günəş Petrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Fərəcov Firuz Zaur oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Ona sol çanağının əziyi diaqnozu qoyulub və ambulator müalicəyə göndərilib.

Daha əvvəl Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

Son xəbərlər

Orphus sistemi