Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, minik avtomobili 1993-cü il təvəllüdlü Əliyev Yasin Vaqif oğlunu vurub.
Hadisəni törədən sürücü ərazidən yayınıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.