Bakıda avtomobil 24 yaşlı gənci vurub

Bakıda avtomobil 24 yaşlı gənci vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
16 Dekabr , 2019 08:46
Bakıda avtomobil 24 yaşlı gənci vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Qızıldaş qəsəbəsində avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Mustafayev Səbuhi Amil oğlunu vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel və çanaq sümüklərinin əziyi diaqnozları qoyulub.

Qəzanın başvermə səbəbi araşdırılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi