Bakıda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.
Bayıl qəsəbəsində 1998-ci il təvəllüdlü Salayeva Şəms Ağanəzər qızı yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı hadisəni törədən sürücünün köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın və ətrafların sınığı diaqnozları qoyulub.