Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Yolu keçən 1999-cu il təvəllüdlü Zülfüqarov Şəmkir İnnətulla oğlunu avtomobil vurub. Ağır xəsarətlər alan yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.