Bakıda avtomobil 20 yaşlı qızı vuraraq hadisə yerindən uzaqlaşdı

Bakıda avtomobil 20 yaşlı qızı vuraraq hadisə yerindən uzaqlaşdı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
14 Mart , 2021 23:55
Bakıda avtomobil 20 yaşlı qızı vuraraq hadisə yerindən uzaqlaşdı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Odlar Yurdu Universitetinin qarşısında yolu keçən 2001-ci il təvəllüdlü Əliyeva Sumrun Ramiz qızını avtomobil vurub. Ağır xəsarətlər alan yaralı təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Qeyd edək ki, sürücü hadisə yerindən qaçıb.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi