Bakıda avtomobil 19 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Bakıda avtomobil 19 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
24 May , 2022 23:35
Bakıda avtomobil 19 yaşlı velosipedçini vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Kürdəxanı qəsəbəsində 2003-cü il təvəllüdlü İmanverdiyev Adıgözəl Əlikövsər oğlu velosipedlə hərəkətdə olarkən minik avtomobili onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi