Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil 18 yaşlı qızı vuraraq hadisə yerindən qaçıb

    Hadisə nəticəsində Sona Məmmədovanın ayağı sınıb© Courtesy İmage

    Bakı. 8 iyun. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

    Belə ki, Binə qəsəbəsində yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Sona Elxan qızını naməlum avtomobil vurub. Hadisə nəticəsində S.Məmmədovanın ayağı sınıb. Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb.

    S.Məmmədova yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi