Bakıda avtomobildə tapança gəzdirən şəxs saxlanılıb

Bakıda avtomobildə tapança gəzdirən şəxs saxlanılıb Sürücü və sərnişinlər saxlanılaraq polis idarəsinə gətirilib
Hadisə
30 Avqust , 2016 12:37
Bakıda avtomobildə tapança gəzdirən şəxs saxlanılıb

Bakı. 30 avqust. REPORT.AZ/ Bakıda avtomobildə tapança gəzdirən şəxs saxlanılıb.

“Report”un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Xaçmaz rayon sakini İdris Ramazanova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança, patron darağı və 7 ədəd patron aşkar edilərək götürülüb.

İ.Ramazanov və sərnişinləri Şamaxı rayon sakinləri Kənanbəy Zülfüqarov, Mətləb Şıxəliyev və Lənkaran rayon sakini Tural Məhərrəmov saxlanılaraq Rayon Polis İdarəsinə gətirilib, araşdırma zamanı silahın K.Zülfüqarova məxsus olması müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi