Bakıda avtomobil idarəetməni itirib, 3 ölü, 1 yaralı - FOTO

Bakıda avtomobil idarəetməni itirib, 3 ölü, 1 yaralı - FOTO Hadisə Ziya Bünyadov prospektində baş verib
Hadisə
17 Aprel , 2015 22:10
Bakıda avtomobil idarəetməni itirib, 3 ölü, 1 yaralı - FOTO

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün axşam saatlarında Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, Ziya Bünyadov prospektindən Qara Qarayev metrosu istiqamətinə hərəkət edən "Naz Lifan” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yol kənarındaki işiq dirəyinə çırpılıb. Nəticədə avtomobilin sürücüsü və 2 nəfər sərnişin elə hadisə yerindəcə dünyasını dəyişib. Bir sərnişin yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Meyitlər deformasiyaya uğrayan avttomobildən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qezada həlak olanlardan birisinin bu yaxınlarda toyu olub.

Son xəbərlər

Orphus sistemi