Bakı. 15 aprel. REPORT.AZ/ Bakıda avtodayanacaqda yanğın olub, gözətçi ölüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, aprelin 11-də saat 01 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi - Bakı şəhər sakini Hicran Mənsimov aprelin 14-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.