Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - FOTO

Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - FOTO Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb
Hadisə
553
19 Fevral , 2021 14:00
Bakıda avtobuslarda cibgirlik edən şəxs tutuldu - FOTO
Tərlan Babayev
0 : 00
0 : 00

Bakı şəhərində sərnişin avtobuslarinda cibgirlik edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayətləri etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Babayev tutulub.

Araşdırma zamanı onun əsasən insanların avtobusda və dayanacaqlarda sıx olduğu vaxtlarda həmin nəqliyyat vasitələrinə sərnişin kimi daxil olaraq oğurluqlar etdiyi məlum olub. Polis idarəsində saxlanılan şəxsin üzərinə baxış zamanı cibgirlik yolu ilə ələ keçirdiyi mobil telefonlar və 1 büküm narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

T.Babayev barəsində Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

"Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis orqanlarına və ya DİN-in 102 xidmətinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.

Son xəbərlər

Orphus sistemi