Bakıda avtobuslar toqquşub, bir nəfər ölüb, 9 nəfər yaralanıb

Bakıda avtobuslar toqquşub, bir nəfər ölüb, 9 nəfər yaralanıb Ölənin kimliyi dəqiqləşdirilir
Hadisə
8 Aprel , 2016 10:18
Bakıda avtobuslar toqquşub, bir nəfər ölüb, 9 nəfər yaralanıb

Bakı. 8 aprel. REPORT.AZ/ "Bakının Nizami rayonu ərazisində 103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının və minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Yaralılardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb". Bunu "Report"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.

Onun sözlərinə görə, iki yaralı isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparılıb: "Hadisə zamanı 60 yaşlı qadın dünyasını dəyişib. Ölənin kimliyi dəqiqləşdirilir".

Son xəbərlər

Orphus sistemi