Bakıda avtobusdan yıxılan şəxs xəstəxanada ölüb

Bakıda avtobusdan yıxılan şəxs xəstəxanada ölüb Daxili İşlər Nazirliyi bu barədə məlumat yayıb
Hadisə
29 may 2017 08:33
Bakıda avtobusdan yıxılan şəxs xəstəxanada ölüb

Bakı. 29 may. REPORT.AZ/ Bakıda avtobusdan yıxılaraq xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report" Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsində Bakı şəhər sakini Cavanşir Məmmədovun idarə etdiyi "Daevoo" markalı 81 saylı xətt avtobusunun sərnişini, paytaxt sakini Cümşüd Haqverdiyev hərəkətdə olan avtobusun açıq qapısından yıxılıb.

Xəstəxanaya yerləşdirilən C.Haqverdiyev mayın 28-də orada ölüb. 

Son xəbərlər

Orphus sistemi