Bakı. 12 oktyabr. REPORT.AZ/ Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub.
"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır.