Prokuror ​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il yarım iş istəyib

Prokuror ​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il yarım iş istəyib Namiq Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
Hadisə
30 Sentyabr , 2015 14:50
Prokuror ​Bakıda avtobusda həyat yoldaşını öldürən şəxsə 18 il yarım iş istəyib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşı, 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namiq Həzi oğlu Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə şahid Pərviz Zeynalov ifadə verib.

O, dindirilən zaman hadisənin necə baş verməsi haqda danışıb: "Axşam idi. 135 saylı sərnişin avtobusu ilə işdən evə gəlirdim. Avtobusun arxa oturacağında əyləşmişdim. Birdən avtobusun qabaq tərəfindən səs gəldi. Bir nəfər əlində bıçaqla içərindən çölə çıxdı. Yaxınlaşanda bir xanımın qan içində yaralı olduğunu gördüm. Mən təcili yardım çağırdım. Avtobusun sürücüsü isə sürüb getdi. Daha sonra hadisə yerinə polislər gəldi".

Prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il 6 müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı F.Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib. F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi