Bakıda avtobusa minmək istəyən sərnişin soyğunçular tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Bakıda avtobusa minmək istəyən sərnişin soyğunçular tərəfindən bıçaqlanıb - YENİLƏNİB Naməlum şəxslər onun mobil telefonunu əldə etmək istəyiblər
Hadisə
5 Oktyabr , 2017 04:43
Bakıda avtobusa minmək istəyən sərnişin soyğunçular tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Bakı. 5 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Sabunçu rayonunda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

"Report" xəbər verir ki, kəsilmiş-deşilmiş yaralar ilə xəstəxanaya yerləşdirilən şəxsin soyğunçular tərəfindən bıçaqlandığı müəyyən edilib.

Həmin şəxs avtobusa minərkən iki nəfər şəxs ona yaxınlaşaraq üzərindəki mobil telefonu əldə etmək istəyib. Lakin o, avtobusdan aşağı enərək soyğunçularla əlbəyaxa dava edib. Bu zaman onlardan biri oğlanın hər iki ayaq nahiyəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb.


***02:15

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1999-cu il təvəllüdlü Camalov Məmməd Ehtiram oğlu 62 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna minərkən tanımadığı şəxs ona iki bıçaq zərbəsi vurub.

Yaralı avtobusdakı sərnişinlərin köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı hadisənin baş verdiyi ünvana Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxsin axtarışına başlanılıb.

Son xəbərlər

Orphus sistemi