Yuxarı
    Bağlamaq

    Bakıda marşrut avtobusunun sürücüsü bıçaqlanıb

    Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir

    Bakı. 4 fevral. REPORT.AZ/ Bakıda marşrut avtobusunun sürücüsü dayanacaqda bıçaqlanıb.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib. 

    Belə ki, 1988-ci il təvəllüdlü Məmmədov Ruslan Əhməd oğlu rayonun Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə olan dayanacaqda naməlum şəxslə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və R.Məmmədov 2 bıçaq zərbəsi alıb. Çoxlu qan itirən R.Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

    Qeyd edək ki, R.Məmmədov 163 nömrəli marşrut avtobusunun sürücüsüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi