Avtobus sürücüsü ardıcıl iki qəzaya səbəb olub: 4 nəfər yaralanıb - FOTOLAR

Avtobus sürücüsü ardıcıl iki qəzaya səbəb olub: 4 nəfər yaralanıb - FOTOLAR Yaralılar “Təcili tibbi yardım” maşınları ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb
Hadisə
17 Yanvar , 2015 13:34
Avtobus sürücüsü ardıcıl iki qəzaya səbəb olub: 4 nəfər yaralanıb - FOTOLAR

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakıda sərnişin avtobusunun sürücüsü ağır qəza törədib. “Report”un xəbərinə görə, Qaradağ rayonu ərazisində, Xarici Dairəvi yolda baş vermiş yol qəzası zamanı 211 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu Atif Ağarəhimova məxsus “Shacman” markalı yük maşınına çırpılıb. Həmin vaxt yük maşını hərəkətsiz olub.

Avtoqəzanın sürət həddinin kifayət qədər yüksək olduğu magistral yolda baş verməsi toqquşmanın fəsadlarını ağırlaşdırıb. Nəticədə sərnişin avtobusunun sürücüsü də daxil olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar “Təcili tibbi yardım” maşınları ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Ərazi Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Lazımi müayinələr aparılıb. Bir qəzanın nəticələri aradan qaldırılmamış daha bir yol qəzası əlavə fəsadlara yol açıb. Bu dəfə qəzaya uğramış avtomobillərə tamaşa edən iki minik maşınının sürücüsü ehtiyatı əldən verib və nəticədə Fərid Mustafayevin idarə etidiyi “Mercedes” markalı minik maşını Vüqar Fərmanovun idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hər iki yol qəzasının təfərrüatları Qaradağ polisi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi