Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edildi

Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edildi Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
Hadisə
19 Fevral , 2020 10:14
Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edildi
Pexels.com

Bakıda avtobus sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

“Report”un xəbərinə görə, hadisə fevralın 7-də, saat 20:00 radələrində, Xətai rayon, Mingəçevir küçəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü F.Əliyevin idarə etdiyi 22 saylı xətt avtobusundan 50 manat pulu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən olunaraq tutulub.

Araşdırmalar zamanı məlum olub ki, S.Əhmədov fevralın 6-da NZS qəsəbəsində paytaxt sakini A.Həsənovun idarə etdiyi 22 saylı xətt avtobusundan da 25 manat pulu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi