Yuxarı

Bakıda avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs barəsində məhkəmə qərarı açıqlanıb

Bakıda avtobus sürücüləri və sərnişinlərini ölümlə hədələyən şəxs barəsində məhkəmə qərarı açıqlanıb
İctimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına

səbəb olan şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib

Bakı. 18 avqust. REPORT.AZ/ Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, bu, N.Ağayevin törədiyi ilk hadisə deyil. O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib. Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.

Lakin, N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibatı həbs olunanların saxlama məntəqəsinə göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi