Yuxarı

Bakıda avtobus sürücüləri sərnişini zorlayıblar

Bakıda avtobus sürücüləri sərnişini zorlayıblar
Nəsimi Rayon Prokurorluğunda cinayət işi başlanılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar.

"Report"un xəbərinə görə, hadisə 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb.

Məlumata görə, 30 yaşlı A.Q. (şərtidir) adlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etirazını bildirib.

Bundan sonra sürücülər A.Q.-nı zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəliblər.

Fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi