Yuxarı
    Bağlamaq

    Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb - YENİLƏNİB

    Bakı. 8 noyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a bildirib ki, bu gün səhər saatlarında paytaxtın Qara Qareyv prospektində Vurğuz Yavər oğlu Şirinovun idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yolda təmizlik işləri aparan, 1948-ci il təvəllüdlü Bəsti Dostəli qızı Eyvazovanı vurub.

    Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

    Hadisəni törədən sürücü saxlanılıb.


    *** 11:50

    Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda avtobus süpürgəçi qadını vuraraq öldürüb.

    “Report”un məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb. “Daewoo” markalı avtobus yolda təmizlik işləri aparan Bəsti (soyadı hələlik məlum deyil) adlı qadını vuraraq öldürüb.

    Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

    Qeyd edək ki, Bakıda əvvəllər də süpürgəçilərin müxtəlif nəqliyyat vasitələri tərəfindən vurularaq öldürülməsi hadisələri baş verib.

    Hafiz Heydərov

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi