Bakıda avtobus qəza təhlükəsi ilə üzləşdi, xəsarət alan var

Bakıda avtobus qəza təhlükəsi ilə üzləşdi, xəsarət alan var Bakıda sərnişin avtobusu qəza təhlükəsi ilə qarşılaşıb.
Hadisə
19 Fevral , 2020 04:05
Bakıda avtobus qəza təhlükəsi ilə üzləşdi, xəsarət alan var

Bakıda sərnişin avtobusu qəza təhlükəsi ilə qarşılaşıb.

“Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 7A marşrut avtobusu hərəkətdə olarkən qarşısına “VAZ-2107” markalı minik avtomobili çıxıb. Belə olduqda avtobusun sürücüsü qəzadan xilas olmaq üçün qəfil əyləci basıb. Bu zaman avtobusun sərnişini, 1973-cü il təvəllüdlü Elnarə Əzimova yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməyi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona tibbi yardım göstərilib.  

Son xəbərlər

Orphus sistemi