Bakıda avtobus mağazaya çırpılıb

Bakıda avtobus mağazaya çırpılıb Bakının Nizami rayonunda avtobus əyləc sistemində nasazlıq səbəbindən yaxınlıqdakı mağazanın divarına dəyib.
Hadisə
22 oktyabr 2022 17:19
Bakıda avtobus mağazaya çırpılıb

Bakının Nizami rayonunda avtobus əyləc sistemində nasazlıq səbəbindən yaxınlıqdakı mağazanın divarına dəyib.

"Report"a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə C.Naxçivanski küçəsində qeydə alınıb.

“BMC” markalı avtobus "Bakubus MMC"nin istismarındadır və 30 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.

Avtobusa və mağazaya ziyan dəysə də, heç kim xəsarət almayıb.

BNA hadisə ilə bağlı araşdırma aparır, MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb.

Son xəbərlər

Orphus sistemi