Yuxarı

​Bakıda avtobus ağır qəzaya səbəb olub - FOTO

Əzilən avtomobillər arasında inkasator da var

Bakı. 9 mart. REPORT.AZ/ Yüksək sürət Bakının Badamdar qəsəbəsində ağır yol-nəqliyyat hadisəsinə səbəb olub. “Report” xəbər verir ki, 86 saylı xətt marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sürət həddini aşaraq “KİA” markalı avtomobilə çırpılıb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə yüngül bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hadisə zamanı daha iki minik maşını da əzilib. Bunlardan biri inkasator, digəri isə “Opel” markalı avtomobillərdir. Sürücülər izahatlarının alınması üçün Səbail Rayon Polis İdarəsinə aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi