Yuxarı

Bakıda Avstraliya vətəndaşının qızılları oğurlanıb

Oğurluqda şübhəli bilinən qadın saxlanılıb

Bakı. 4 may. REPORT.AZ/ Avstraliya vətəndaşının qızıllarını oğurlayan Bakı sakini saxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki hotellərdən birində Avstraliya vətəndaşı Adam Stenford Kimə məxsus 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Sona Əliyeva saxlanılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi